İspaniya

Deku onu bəyənir, amma Flik…

“Barselona” “Rayo Valyekano”nun rumın müdafiəçisi Andrey Ratiu ilə maraqlanır.

Aut.az xəbər verir ki, “Cadena SER” iddia edir ki, kataloniyalılar müdafiəçini diqqətlə izləyir və hətta onun nümayəndələri ilə əlaqə saxlayıb. Futbolçunun özü də sevinir ki, “blauqrana”nın maraq dairəsinə düşüb.

Qeyd olunur ki, “Barselona”nın idman direktoru Deku rumıniyalı futbolçunu çoxdan bəyənib, lakin baş məşqçi Hans-Diter Flik 26 yaşlı futbolçunun transferinin vacibliyinə hələ də əmin deyil.

Ratiunun müqaviləsində 25 milyon avroluq sərbəst qalma maddəsi var, lakin müqaviləyə “Barselona”nın oyunçularından birinin də daxil edilməsi ilə məbləğin azaldılması mümkündür.

Müdafiəçi ilə digər İspaniya və xarici komandalar da maraqlanır.

Bu mövsüm Andrey La Liqada 24 oyun keçirib və 2 qol vurub.

Aut.az