İspaniya

Onları heç bir bazarda tapa bilməzsiniz – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçilər Toni Kroos və Luka Modriçin müqavilələrinin yenilənməsi ilə bağlı vəziyyəti şərh edib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis onlarsız da işlərinin öhdəsindən gələcəklərini bildirib.

“Danışıqlarda irəliləyiş var və hesab edirəm ki, sonda həll yolu tapılacaq. Onlar veteranlardır, mövsüm ərzində onların eniş-yoxuşları ola bilər, bu, tamamilə normaldır, bütün oyunçuların başına gəlir.

Amma biz onları yaşa görə yox, meydanda göstərdiklərinə görə dəyərləndirməliyik. Fiziki cəhətdən onların gənclik enerjisi yoxdur, amma topla davranışları unikaldır və onları dünyanın heç bir bazarında almaq mümkün deyil.

Onları heç bir bazarda tapa bilməzsiniz – Ançelotti

Düşünürəm ki, onlar oynamağa davam edəcəklər, amma biz də düşünməliyik ki, onların dayanacaqları gün gələcək. Onlardan asılı olmamaq üçün gələcəyə baxmalıyıq.

Fantastik gənc oyunçularımız var. Modric və Kroos dövründən sonra “Real”ın yeni erası olacaq”, – deyə “Mundo Deportivo” Ançelottidən sitat gətirib.

Aut.az