Basketbol

Azərbaycan millisi qızıl medal qazandı

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Aut.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu – 22:15.