Basketbol

“Neftçi” ilk qələbəsini qazandı

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 2-ci turunun oyunu baş tutub.

Aut.az xəbər verir ki, 1-ci turda məğlub olan “Neftçi” səfərdə “Cəlilabad” klubunu məğlub edib.

Oyun qonaqların 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Rişon Conson (38 xal, 8 ribaund), “Neftçi”dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, 2-ci turun son oyunu – “Şəki” – “Sərhədçi” qarşılaşması noyabrın 5-də baş tutacaq.