Dünya futbolu

Mbappenin atası bu tədbirdə elə oxudu ki… – VİDEO

Mbappe ailəsi istedadlarla doludur. Anası uğurlu iş qadınıdır, oğulları Kilian və Ethan futbol ulduzlarına çevriliblər, atası isə kifayət qədər yaxşı müğənnidir.

Aut.az xəbər verir ki, Parisin əfsanəvi “Olipmpiya” konsert zalında xəstə uşaqlara idman vasitəsilə kömək edən “Premiers de Cordée” xeyriyyə təşkilatının konserti keçirilib. Tədbirdən əldə edilən bütün gəlirlər, təbii ki, təşkilatın himayəsində olan uşaqların dəstəklənməsinə yönəldiləcək.

Həmin axşam səhnəyə Vilfrid Mbappe də çıxıb. O, qeyri-peşəkar üçün kifayət qədər yaxşı oxuyub. Futbol ictimaiyyəti də konsertdə bir əfsanə ilə təmsil olunub: Arsen Venger. Lakin ona solo performans verilməyib.

Mbappenin atası bu tədbirdə elə oxudu ki... – VİDEO

Aut.az