Dünya futbolu

Bu da Ronaldonun millidəki ilk qırmızı vərəqəsi – VİDEO

Portuqaliya yığmasının hücumçusu və kapitanı Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı keçirilən oyunda meydandan qovulub.

Aut.az xəbər veirr ki, 59-cu dəqiqədə görüşün baş hakimi Qlenn Nyuber 40 yaşlı portuqaliyalıya rəqib oyunçunun kürəyinə dirsəklə vurduğuna görə əvvəlcə sarı vərəqə göstərib, lakin epizodu VAR-da izlədikdən sonra qərarını dəyişərək birbaşa qırmızı vərəqə verib.

Bu, Ronaldonun 226-cı oyununu keçiridiyi yığma karyerasında ilk qırmızı vərəqədir. Ümumilikdə, o, klub və milli səviyyədə karyerasında 13-cü qırmızı vərəqəsini alıb.

Qeyd edək ki, görüş Portuqaliya millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.