“İnter”dən növbəti qələbə: Messi yoxdursa, Suares var – VİDEO
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün matçında “DS Yunayted” üzərində səfərdə qələbə qazanıb.
Aut.az xəbər verir ki, görüş 3:1 hesabı ilə Florida təmsilçisinin xeyrinə başa çatıb. “İnter”in heyətində Luis Suares dubla imza atıb. Digər qolu isə Leonardo Kampana vurub.
Argentinalı Lionel Messi zədə səbəbindən bu oyunu buraxıb.
Qeyd edək ki, mayamililər 5 oyundan sonra 10 xalla Şərq Konfransının turnir cədvəlinə başçılıq edir.
