Dembele Mbappeyə məşhur diktatorun ləqəbini verdi – VİDEO
Fransa milli komandasının kapitanı Kilian Mbappeyə yeni ləqəb verilib.
Aut.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində İsveç üzərində 3-0 hesablı qələbədən sonra Fransa komandası sosial mediada video payalaşıb.
Videoda görünür ki, təyyarədə olan oyunçular şəkil çəkdirməyə hazırlaşırlar.
Elə həmin anda oyunçulardan biri, ehtimal ki, Usman Dembele, qışqırır: “Mənə Mobut de! Mobut! Hey, Kilian, bura gəl!”
“Mobut” 1965-ci ildən 1997-ci ilə qədər ölkəni idarə edən Zair diktatoru Mobutu adının qısaldılmış formasıdır.
Kilianın ləqəbi internetdə zarafatla diktatorla müqayisə edilən memə aiddir. Sosial mediada Fransa milli komandasının hücumçusu və kapitanı istehzalı şəkildə avtoritar lider kimi təsvir olunur və klublarda və milli komandada qərarlara həddindən artıq təsir göstərdiyi bildirilir.
Aut.az
