İngiltərə

Van Deyk sayılmayan qolundan danışdı

“Liverpul”un müdafiəçisi Vircil van Deyk Premyer Liqanın 11-ci turunda “Mançester Siti”yə 0:3 hesabı ilə uduzduqları oyunda vurduğu, lakin sayılmayan qol haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Niderlandlı futbolçu 38-ci dəqiqədə fərqlənmişdi, lakin baş hakim Kris Kavana VAR-a baxdıqdan sonra Endryu Robertsonun ofsayd mövqeyində olduğu üçün qolu ləğv edib.

“Futbolda hakimlər vacib qərarlar qəbul edirlər və biz bunlarla meydanda barışmalı oluruq. Bunu müzakirə etməyin mənası yoxdur. 0:3 hesabı ilə uduzduq, bu, bizim üçün ciddi zərbədir.

Nə desəm də, dediklərim mətbuata çıxacaq və yığma fasiləsi boyu hamı bu qərarla bağlı fikirlərimi müzakirə edəcək. Mən sadəcə məğlubiyyət haqda düşünürəm. Siz, jurnalistlər, qolu saymaq lazım olub-olmaması barədə danışa bilərsiniz.

İndi əsas məsələ sabitliyi tapmaq və işləməyə davam etməkdir. İndi yığmalara gedirik, formamızı qorumaq və ağır oyunlar seriyasına hazır şəkildə qayıtmaq lazımdır. Əsla təslim olmağa hazırlaşmırıq. Hələ noyabrdır, qarşıda uzun mövsüm və böyük mübarizə var”, — deyə van Deyk BBC-yə açıqlamasında bildirib.