Yenə də? – Daha bir ulduz qapıçı alırlar
“Çelsi” tezliklə daha bir qapıçı ilə müqavilə imzalaya bilər.
Aut.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq “Milan”ın qapıçısı Mayk Menyan gələn yay “mavilər”ə qoşulmaq istəyir, lakin “Bavariya” və “Yuventus”un təkliflərinə də açıqdır.
“Çelsi” fransızı komandanın bir nömrəli futbolçusu kimi görür və transferi başa çatdırmaq üçün hər cür səy göstərməyə hazırdır.
Qapıçı ilə ilkin razılıq hələ yanvarda bağlana bilərdi, lakin londonlular riskə getmək istəmədiyi üçün artıq ətraflı müzakirələr gedir.
“Mavi-qaralar” qışda oyunçunun müqaviləsini almaq qərarına gəlsələr, təxminən 22 milyon funt ödəməli olacaqlar.
Aut.az
