ÇL-də qalmaqal: Hakim əllə oyuna məhəl qoymadı, bir neçə saniyə sonra…
Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunun “Marsel” – “Atalanta” matçının (0:1) nəticəsinə təsir göstərən mübahisəli hakim qərarına görə əsl qalmaqal yaranıb.
Aut.az xəbər verir ki, 88-ci dəqiqədə “Atalanta”nın yarımmüdafiəçisi Edersonun öz cərimə meydançasında topu əllə saxlamasından sonra fransızlar penalti tələb ediblər.
Top açıq-aydın braziliyalının əlinə dəyib, lakin ispaniyalı hakim Xose Sançes Martínes bunu görməyib.
Cəmi bir neçə saniyə sonra italyanlar əks-hücuma keçiblər Lazar Samardziç effektiv zərbə ilə komandasına qələbə gətirən qolu vurub.
“Marsel”in baş məşqçisi Roberto De Zerbi sözün əsl mənasında emosiya ilə partlayıb. O, olayla bağlı hakimə xəbərdarlıq edib və sarı vərəqə alıb.
VAR yoxlamasına baxmayaraq, hakim “Atalanta”nın qolunu ləğv etməyib. Bu da azarkeşlərin və jurnalistlərin qəzəbinə səbəb olub.

Aut.az
