Avropa LiqasıÇempionlar Liqası

Lukaku Ronaldonun rekordunu yenilədi

“Roma”nın futbolçusu Romelu Lukaku Kriştiano Ronaldoya məxsus avrokuboklarda ardıcıl qol rekordunu yeniləyib.

Aut.az xəbər verir ki, belçikalı forvard UEFA Avropa Liqasının ardıcıl 12 matçında fərqlənərək bunu reallaşdırıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Əvvəlki rekordçu Ronaldu 2017-2018-ci illərdə UEFA Çempionlar Liqasının ardıcıl 11 görüşündə qol vurub.