Dünya futbolu

Mənə mesaj gələndə inana bilmədim, çox ağladım – Ronaldo

 “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yığma komanda yoldaşı Dioqo Jotanın ölümü ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Ronaldo bu barədı Pris Morqana müsahibəsində deyib:

“Mənə mesaj gələndə inana bilmədim. Çox ağladım. Bu, hamı üçün – ölkə, ailələr, dostlar, tərəfdaşlar üçün çox, çox çətin an idi. Fəlakət idi. Çox, çox kədərli xəbər idi”.

İyulun 3-də “Liverpul”un hücumçusu Jota və onun qardaşı, Andre Teyşeyra da Silva İspaniyada avtomobil qəzasında həlak olublar.

Aut.az