“Golden boy” mükafatı ona verildi – FOTO
PSJ-nin vingeri Dezire Due Avropada ilin ən yaxşı gənc futbolçusu seçilib.
Aut.az xəbər verir ki, 20 yaşlı fransız futbolçu 2025-ci ilin yekunlarına əsasən nüfuzlu “Golden Boy” mükafatının sahibi olub.
Due 2024-cü ilin yayında “Renn”dən PSJ-yə 50 milyon avro qarşılığında transfer olunub. Hücumameyilli yarımmüdafiəçi parislilərin tarixdə ilk dəfə Çempionlar Liqasını qazanmasında mühüm rol oynayıb. “İnter”ə qarşı finalda (5:0) o, iki qol vurub və bir qolun ötürməsini edib. Həmin görüşdə Due finalın ən yaxşı oyunçusu seçilib.
“Golden Boy” mükafatını sonuncu dəfə fransız futbolçulardan Kilian Mbappe 2017-ci ildə qazanmışdı.
Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildə İtaliyanın “Tuttosport” qəzeti tərəfindən təsis edilib və hər il Avropanın yüksək liqalarında çıxış edən, 21 yaşdan kiçik ən istedadlı futbolçuya təqdim olunur.
Ötən il bu mükafat “Barselona”nın hücumçusu Lamin Yamala verilmişdi.
Aut.az

