Atletika

İdmanda daha bir dövr bitdi: Əfsanə karyerasını başa vurdu

Dünya idmanında bir dövr başa çatıb.

Aut.az xəbər verir ki, tarixdə ən böyük marafonçu hesab olunan 40 yaşlı keniyalı qaçışçı Eliud Kipçoqe peşəkar karyerasını rəsmən başa vurub. Bu, o, 2:14:36 nəticə ilə 17-ci yeri tutduğu Nyu-York marafonundan sonra baş verib.

Kipçoqe vida qaçışını “həyatımın ən çətin yarışı” adlandırıb. Finişdən sonra verdiyi emosional müsahibədə deyib: “Bu gün inanılmaz dərəcədə çətin idi. Mən idmanı tərk edirəm, amma bu, qaçışımın sonu deyil. Sağlam həyat üçün qaçmağa davam edəcəyəm”.

Keniyalı idmançı Nyu-York marafonunun onun son yarışı olacağını əvvəlcədən açıqlamışdı. İndi isə o, dünyada qaçışın inkişafına yönəlmiş təhsil və xeyriyyə layihələrinə diqqət yetirərək yeni nəsil idmançıları ilhamlandırmağı planlaşdırır.

Kipçoqe marafon məsafəsində ikiqat Olimpiya çempionudur (Rio-2016 və Tokio-2020). Onun aktivində “Böyük altılıq” marafonlarında 11 qələbə var: Çikaqo (2014), Berlin (2015, 2017, 2018, 2022, 2023), London (2015, 2016, 2018, 2019) və Tokio (2021).

Aut.az