Donçiç Kobi Brayantın nailiyyətini təkrarladı
“Los-Anceles Leykers”in oyunqurucusu Luka Donçiç Kaliforniya klubunun tarixində Kobi Brayantdan sonra ilk oyunçu olub ki, mövsümün ilk üç oyununda orta hesabla 45 xal toplayıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Kobi Brayant bu nailiyyəti 2007-ci ildə əldə etmişdi.
Cari mövsümün əvvəlində Donçiç “Qolden State Warriors” (109:119) və “Minnesota Timbervulves” (128:110) ilə oyunlarda iştirak edib, daha sonra üç matçlıq fasilə verib. “Memfis Qrizzlies”ə qarşı görüşdə meydana qayıdaraq 44 xal toplayıb. “Qolden State” və “Minnesota” ilə oyunlarda isə müvafiq olaraq 43 və 49 xal vurub. Beləliklə, bu üç qarşılaşmada onun orta göstəricisi 45,3 xal olub.
Aut.az
