Nadirdir: Ulduz basketbolçu oyuna 5 milyon dollarlıq avtomobillə gəldi – VİDEO
“Los-Anceles Leykers” – “Dallas” matçı təkcə arenada deyil, həm də meydandan kənarda diqqəti cəlb edib.
Aut.az xəbər verir ki, oyunöncəsi şounun əsas ulduzu arenaya inanılmaz dərəcədə nadir “Bugatti W16 Mistral” – təxminən 5 milyon dollar dəyərində olan hiperkarla gələn Luka Donçiç olub.
Bu avtomobillərdən dünyada cəmi 99 ədəd mövcuddur. Onun görünüşü dərhal sosial medianı partladıb: fanatlar superkarı hər tərəfdən lentə alıblar və jurnalistlər bunu “həftənin oyunöncəsi ən təəccüblü anı” adlandırıblar.
Amma Lukanın əsl şousu arenada olub. Onun komandası 129-119 hesabı ilə qalib gəldi və sloveniyalı superulduz dabl-dabl edib: 35 xal, 5 ribaund və 11 asist.
Aut.az
