Şahmat

Azərbaycan Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq

Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq.

Aut.az xəbər verir ki, 9 turdan ibarət yarışda 8,10,12,14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.

Yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.