Şahmat

“Sülh” davam edir

Sinqapurda şahmat üzrə dünya çempionatının final oyunları davam edir.

Aut.az xəbər verir ki, şahmat tacının hazırkı sahibi çinli Dinq Liren və namizədlər turnirinin qalibi hindistanlı hindistanlı Dommaraju Qukeş beşinci oyunda bərabərə qalıblar. Görüş 40 gediş davam edib.

Şahmat tacı uğrunda görüşlərdə ümumi hesab bərabər olaraq qalıb – 2,5:2,5. Altıncı oyun dekabrın 1-də keçiriləcək.

Şahmat tacı uğrunda görüş 14 oyundan ibarətdir. 14-cü oyuna qədər şahmatçılardan biri 7,5 xal toplayarsa, görüşün qalibi vaxtından əvvəl müəyyənləşəcək. Heç-heçə olduğu halda tay-breyk oynanılacaq.

Aut.az