Bivolun keçmiş həyat yoldaşına həbs cəzası verildi: Qırğızları təhqir etdiyinə görə
Bişkekin Pervomayski rayon məhkəməsi WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu Dmitri Bivolun keçmiş həyat yoldaşı Yekaterinanın qiyabi həbsinə qərar verib.
Aut.az “AKIpress”ə istinadən xəbər verir ki, o, axtarışa verilib.
Bundan əvvəl Qırğızıstan Daxili İşlər Nazirliyi Yekaterinanın “qırğız xalqına qarşı kobud və təhqiredici ifadələr işlətdiyi” sosial şəbəkələrdəki videoları ilə bağlı araşdırmalara başlamışdı.
Onun barəsində irqi, etnik, milli, dini və regionlararası nifrət salmaq maddəsi ilə cinayət işi açılıb. Onu yeddi ilə qədər həbs gözləyir.
Yekaterina və Dmitri Bivol 2007-ci ildən birlikdə idi və iki övladı var. 2023-cü ildə boşanma prosesi başlayandan sonra Yekaterina sosial şəbəkədə keçmiş ərini fəal şəkildə tənqid edib.
Aut.az
