Boks

Tanınmış boksçudan şok etiraf

Ulduz amerikalı boksçu Rayan Qarsiyanarkotik asılılığı ilə mübarizə apardığını açıqlayıb.

Aut.az xəbər verir ki, o, reabilitasiyadan keçəcəyini bildirib.

“Çətin bir neçə ay oldu. Edə biləcəyim tək şey üzr istəməkdir. Narkomaniya ilə mübarizə aparıram və bu mənim üçün çətindir. Yeri gəlmişkən, reabilitasiyaya gedirəm”, – deyə Qarsiya X sosial şəbəkəsində yazıb.

Rayan Qarsianın 25 yaşı var. Amerikalı peşəkar rinqdə debütünü 2016-cı ildə etdi və 2021-ci ilin yanvarında britaniyalı Luk Kemmpbelli nokaut edərək WBC titulu uğrunda mübarizə aparıb.

Qeyd edək ki, may ayında sonuncu döyüşündə Qarsiya həmyerlisi Devin Haneyi məğlub etsə də, dopinq testinin müsbət çıxması nəticəsində nəticə ləğv edilmişdi.

Aut.az