Bu qarətdir: Qarsiyadan Beterbiyev-Bivol döyüşünün nəticəsinə reaksiya
Amerikalı boksçu, WBC versiyası üzrə keçmiş müvəqqəti dünya çempionu Rayan Qarsiya Dmitri Bivolla yüngül çəkidə mütləq dünya çempionu titulu uğrunda döyüşdə hakimlərin qələbəni Artur Beterbiyevə verməsindən məyus olub.
Qarsiya, döyüşün 12 raundunun sonunda Bivolun qalib gələcəyinə əmin idi və tvit atıb: “Bivol qazandı!”
Tezliklə Qarcia yeni bir tvit paylaşıb: “Vay, mənim fikrimi bilmək istəyirsinizsə, bu qarətdir”.
Üç hakimdən ikisi qələbəni Beterbiyevə verib – 115-113, 116-112, digəri heç-heçə qeydə alıb – 114-114.
Aut.az
