Dünya futbolu

Rusiya klubunu aparan təyyarə bu şəhərə enə bilmədi

Rusiyanın “Soçi” klubunun futbolçularını və məşqçilər heyətini daşıyan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Qroznıya enə bilməyib.

Aut.az xəbər verir ki, buna görə də təyyarə Mahaçqalaya məcburi eniş edib.

“Komanda Mahaçqalaya enib. Qroznıya eniş əlverişsiz hava şəraiti səbəbindən mümkün olmayıb”, – “Soçi”nin mətbuat xidmətindən TASS -a bildiriblər.

Oktyabrın 27-də “Soçi” səfərdə “Axmat Qroznı” ilə qarşılaşacaq.

Aut.az