Dünya futbolu

Neymar “heç vaxt bu kluba keçmərəm” dedi – “Real” deyil

Braziliya millisinin cinah oyunçusu Neymar etiraf edib ki, heç vaxt “Korintians”a keçməyəcək.

Aut.az xəbər verir ki, Neymar buna səbəb kimi onun üçün peşəkar futbola yol açan “Santos”a böyük hörmətini göstərib.

“Santos” dünyanın ən böyük klubudur. O, hamıdan üstündür. O, dünyaya Kral Pele və Şahzadə Neymarı göstərdi. “Korintians”a böyük hörmətim var, amma siz də “Santos”a hörmət etməlisiniz. Bu mənim sevimli komandamdır”, – Neymar deyib.

Hazırda Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir. Müqavilə 30 iyun 2025-ci il tarixinədək qüvvədədir. O, bu mövsüm bir neçə matçda iştirak edib. Braziliyalı karyerası ərzində “Barselona” və PSJ-də də oynayıb.

Aut.az