Nüfuzlu turnir Səudiyyədə də keçiriləcək: Bu tarixdən
Peşəkar Tennis Assosiasiyası (ATP) və Səudiyyə Ərəbistanının İnvestisiya Fondu 2028-ci ildə başlayacaq yeni “Masters” turniri haqda müqavilə bağlayıb.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanını İndian-Uelss, Mayami, Monte Karlo, Madrid, Roma, Kanada, Sinsinnati, Şanxay və Parisdən sonra ATP 1000 turnirinə ev sahibliyi edəcək onuncu məkan olub.
Hazırda Ər-Riyadda tennis üzrə ən böyük mükafat fondu olan “ATP Junior Tennis Finals”, “WTA Finals” və “Six Kings Slam” sərgi turniri keçirilir.
Aut.az
