Qərarını verdi: Sonuncu olacaq
İspaniyalı tennisçi Rafael Nadal bildirib ki, qarşıdan gələn mövsüm, böyük ehtimalla, karyerasında sonuncu olacaq.
“Bu, mənim son ilim olacaq. Bunun cəmi altı ay olması ehtimalı var”, – Sport.es Nadalın sözlərindən sitat gətirib.
37 yaşlı tennisçi sonuncu dəfə təxminən bir il əvvəl, yanvarda Avstraliya Açıq Çempionatında korta çıxıb. 2023-cü ildə ispaniyalı cəmi dörd oyun keçirib, yalnız bir dəfə qalib gəlib.
Nadal 22 qat Böyük Dəbilqə çempionudur. TBS-də yalnız serbiyalı Novak Cokoviç (24) daha çox qələbə qazanıb.
Aut.az
