Tennis

Yeni il axşamı müjdə verdi: Ana olacağam- FOTO

Dünya tennisinin 17 nömrəsi Petra Kvitova yayda ilk övladını dünyaya gətirəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Petra bu barədə sosial şəbəkədə yazıb.

“2024-cü ilin ilk günündə sizə “Yeni iliniz mübarək olsun” deyirəm və Jiri ilə bu yay uşaq sahibi olacağımız haqqında xoş xəbəri çatdırmaq istəyirəm!”, – Kvitova sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, Jiri Vanek 2016-cı ildən Petranı məşq etdirir.  2020-ci ildə o, 18 illik evliliyindən sonra həyat yoldaşından ayrılıb və özündən 12 yaş kiçik olan Kvitovanın yanın köçüb. 2023-cü ilin yayında cütlük evlənib.

Petra Kvitova ikiqat “Uimbldon” çempionudur.

Yeni il axşamı müjdə verdi: Ana olacağam- FOTO