Tennis tarixinin antirekordçusundan sensasiya
35 yaşlı Can Şuay (Çin, WTA 204) gözlənilmədən Avstraliya Açıq çempionatının açılış matçında qalib gəlib.
Aut.az xəbər verir ki, Can 1-ci raundda dünyanın 47-ci raketkası Makkartni Kesslerə (ABŞ) qarşı korta çıxıb. Bukmeker kontorları onu aşkar autsayder hesab etsə də, çinli tennisçi 6:3, 6:4 hesabı ilə qalib gəlib.
Can Şuay 16 sentyabr 2024-cü ilə qədər ardıcıl 24 matçda məğlub olması ilə tanınır ki, bu da həm qadın, həm də kişi tennisində mütləq antirekorddur.
Aut.az
