Qvardiola onu Messi ilə müqayisə etdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Vilyarreal” üzərində 2:0 hesablı qələbədən sonra yarımmüdafiəçi Bernardo Silva haqqında danışıb.
Aut.az xəbər verir ki, o, futbolçusunu argentinalı hücumçu Lionel Messi ilə müqayisə edib:
“Erlinqin yenidən qol vurmasına sevinirəm, həmçinin Bernardunun inanılmaz baş zərbəsinə də. Bu bir qədər Lionel Messini xatırladır. Sanki boyunlarında çəkic var. Onlar o qədər güclüdürlər! Boyca alçaq olsalar da, hava mübarizələrində inanılmaz dərəcədə effektivdirlər”.
Qeyd edək ki, “Vilyarreal” ilə oyunda Silva bir qol vurub.
Aut.az
