Çempionlar Liqası

3-cü tur bitdi: ÇL-də əsas favorit hansı komandadır?

Superkompüter “Arsenalı” Çempionlar Liqasının əsas favoriti hesab edir.

Aut.az xəbər verir ki, bu həftə turnirin ümumi mərhələsinin 3-cü turunun oyunları baş tutub. Beş komanda 9 mümkün xaldan 9 xal toplayıb: PSJ, “Bayern”, “İnter”, “Arsenal” və “Real”.

“Opta” superkompüterinin proqnozuna görə, “topçular” ÇL-də əsas favoritdir – 21,13%.

İlk 10-luq belədir:

  1. “Arsenal” – 21,13%;
  2. PSJ – 14,03%;
  3. ” Liverpul ” – 12,31%;
  4. “Mançester Siti” – 12,12%;
  5. “Bavariya” – 9,33%;
  6. “ Barselona ” – 5,65%;
  7. “Real” – 5,48%;
  8. “Çelsi” – 5,43%;
  9. “İnter” – 4,91%;
  10. “Nyukasl” – 3,51%.

Aut.az