İngiltərə

Müqaviləsini gizli şəkildə uzadıb?

İtaliya millisinin dayaq yarımmüdafiəçisi Sandro Tonali “Nyukasl” klubu ilə müqaviləsini uzatmağa razılaşıb.

Aut.az xəbər verir ki, futbolçu bu addımı mərc qalmaqalı səbəbindən cəzalandırıldığı dövrdə ona dəstək olan kluba təşəkkür kimi atıb. Bu barədə “Telegraph” məlumat yayıb.

2023-cü ilin oktyabrında, “Milan”dan 59 milyon avroya keçdikdən qısa müddət sonra Tonali futbol matçlarına mərc etdiyi üçün 10 ay müddətinə diskvalifikasiya olunmuşdu. “Nyukasl” rəhbərliyi, xüsusən də idman direktoru Den Eşvort və baş məşqçi Eddi Hau futbolçunu cəzalandırmaq əvəzinə ona mənəvi dəstək göstərmişdi.

Həmin vaxt Tonali klubun “1+1” formatında (2030-cu ilin yayına qədər) yeni müqavilə təklifini qəbul edib. Bununla da “sağsağanlar” 2025/26 mövsümündən sonra oyunçunun azad agent kimi ayrılmasının qarşısını almış olub.

Aut.az