Abramoviçdən “Qalatasaray”la bağlı xəbərə reaksiya gəldi
Rusiyalı iş adamı Roman Abramoviçin nümayəndəsi “Çelsi”nin keçmiş prezidentinin Türkiyənin “Qalatasaray” klubunu almaq niyyətində olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Aut.az xəbər verir ki, biznesmenin nümayəndəsi “Championat”a bildirib:
“Bu məlumat həqiqətə uyğun deyil. Cənab Abramoviç heç bir futbol klubu almır və ya sərmayə qoymur”.
Xatırladaq ki, Türkiyənin “Sözcü” qəzeti bundan əvvəl Abramoviçin türk nəhənginin səhmlərinin nəzarət paketini almağı planlaşdırdığını bildirmişdi.
Abramoviç 2003-cü ildə “Çelsi”sinin sahibi olub. 2022-ci ilin mayında iş adamı klubu amerikalı investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satıb.
Aut.az
