Azərbaycan futbolu

“Qarabağ”ın “Atletik”ə qarşı oynamış sabiq futbolçusu: Mən də elə fikirləşirəm

“Həqiqətən bizi yaxşı və maraqlı qarşılaşma gözləyir. “Qarabağ”ımıza inam böyükdür”.

Aut.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında sabiq futbolçu Rauf Əliyev Ağdam klubunun Çempionlar Liqasının 3-cü turunda “Atletik”lə bu gün keçiriləcək oyunu ilə bağlı fikirlərini bölüşərkən deyib. “Köhlən atlar”ın keçmiş forvardı bu görüşdə sensassiyaya inanlardan biri olduğunu bildirib:

“İlk 2 oyundan sonra komandada yaxşı əhval-ruhiyyə var. Gözləntilər çoxdur. İspaniya klubları haqqında elə də geniş danışmağa ehtiyac yoxdur. Onlar oynadıqları hər turnirdə iddialıdırlar. “Atletik”in heyətində İspaniya millisində oynayan futbolçular var. Bir tərəfdən fikirləşəndə yaxşı rəqibdir. Amma bir çox insanda inam var ki, “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönəcək. Mən də elə fikirləşənlərdən biriyəm”.

"Qarabağ"ın "Atletik"ə qarşı oynamış sabiq futbolçusu: Mən də elə fikirləşirəm

Rauf Əliyev 10 il əvvəl “İnter”in heyətində Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Atletik”ə qarşı hər iki görüşdə (0:2, 0:0) iştirak edib. O, həmin oyunları belə xatırlayır:

“O vaxt da “Atletik”in heyəti güclü idi. Bir neçəsi İspaniya milli komandasının üzvləri idi. Amma biz onlara qarşı yaxşı mübarizə aparmışdıq. O vaxtkı “İnter”lə indiki “Qarabağ” arasında böyük fərq var. Ağdam klubunun heyətində daha səviyyəli, təcrübəli futbolçular çoxdur. Buna görə deyirəm ki, “Qarabağ” “Atletik”lə səfər oyunundan yaxşı nəticə ilə qayıda bilər”.

Qeyd edək ki, “Atketik” – “Qarabağ” oyunu bu gün saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.

"Qarabağ"ın "Atletik"ə qarşı oynamış sabiq futbolçusu: Mən də elə fikirləşirəm