İspaniya

Kurtua da La Liqanın bu qərarını tənqid etdi

“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın “Vilyarreal” – “Barselona” matçını Mayamidə keçirmək qərarını tənqid edib.

Aut.az xəbər verir ki, Kurtua deyib ki, bu, turnirin prinsiplərinə ziddir:

“NBA və ya NFL haqqında danışmaq asandır. NBA-da 82 oyun keçirilir, sonra isə pley-off oynanır. NFL-də qərarlar bütün klubların səsverməsi ilə qəbul olunur. Burada isə La Liqa sadəcə istədiyi üçün qərar verdi. Bu, yarış prinsiplərinə ziddir, hətta oyunçular belə qarşıdır.

Biz evdə və səfərdə oynamalıyıq. Evdə və səfərdə oyunlar eyni deyil. La Liqada səfər oyunları çox çətindir, bunu “Xetafe” (0:1) ilə oyunumuzda gördük. “Vilyarreal”a qarşı səfərdə oynamaq da çətindir”.

Aut.az