Xavi də qovulur, yerinə onu gətirirlər
“Barselona” rəhbərliyi baş məşqçi Xavini istefaya göndərmək variantını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb
Mənbənin bildirdiyinə görə, “Barselona” prezidenti Joan Laporta və idman direktoru Dekonun dəstəyinə baxmayaraq, Kataloniya klubu qarşıdakı 2 oyunun – “Unionistas Salamanca” ilə kubok, “Betis” ilə çempionat matçlarına əsasən Xavinin gələcəyi ilə bağlı qərar verəcəklər. Nəticədən əlavə, komandanın oyununda inkişaf olmasa, gənc mütəxəssisə güzəşt edilməyəcək.
Artıq rəhbərlik Xavini əvəzləyəcək şəxsin kimliyini müəyyənləşdirib. B komandası hesab edilən “Barselona Atletik”i çalışdıran Rafael Markes əsas komandanın baş məşqçisi olacaq.
