Müllerin rekordunu qırdı
“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 7-ci turunda “Borussiya Dortmund”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra rekordsmen olub.
Aut.az xəbər verir ki, Noyer Bundesliqada karyerasında 363-cü qələbəsini qazanıb. Bu nailiyyət ona keçmiş komanda yoldaşı Tomas Mülleri (362) ötməyə və ən çox qələbəyə görə Bundesliqa rekordçusu olmağa imkan verib.
Bu rekordu vurmaq üçün 39 yaşlı Noyerə 530 matç lazım olub. Qapıçı 2011/2012 mövsümündən “Bavariya”nın şərəfini qoruyur. Komanda ilə 12 Bundesliqa, beş Almaniya Kuboku və iki Çempionlar Liqası titulunu qazanıb.
Noyer 2014-cü ildə Almaniya millisinin tərkibində Braziliyada keçirilən dünya çempionatının da qalibi olub.
Aut.az
