Dünya futbolu

Benites qayıdır: Bu şəhərdədir, danışıqlar yekunlaşır

“Liverpul”, “Napoli” və bir sıra digər komandaların keçmiş baş məşqçisi Rafael Benites “Panatinaikos”un baş məşqçisi təyin olunmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə Yunanıstanın “Sport24.gr” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 65 yaşlı ispaniyalı hazırda Afinadadır və orada klubun sahibi və prezidenti Yannis Alafouzosla danışıqlar aparır. Tərəflər mümkün razılaşmanın yekun şərtlərini müzakirə edirlər.

Mənbənin məlumatına görə, Benitesə illik 5 milyon avro maaşla 2,5 illik müqavilə təklif olunub. Yalnız rəsmiləşdirmələri tamamlamaq və sənədləri imzalamaq qalır.

Benitesin əvvəlki iş yeri 2023-cü ilin iyulundan 2024-cü ilin martına kimi baş məşqçilik etdiyi “Selta” olub.

Xatırladaq ki, “Panatinaikos”un baş məşqçi postu Rui Vitoriyanın istefaya göndərilməsindən sonra 2025-ci ilin sentyabrından boş qalıb.

Aut.az