Ronaldo onun keçidindən danışdı: Jurnalistlər belə deyir, amma…
Kriştiano Ronaldo Joao Feliksin “Əl-Nəsr”ə keçidini dəyərləndirib.
İyulda Səudiyyə klubu portuqaliyalı yarımmüdafiəçini “Çelsi”dən alıb.
– Oğurluq – axmaq tondur. “Benfika”dan heç kim heç nə oğurlamadı. Hamı Joaonu tanıyır, çox istedadlıdır.
Düşünürəm ki, o, Səudiyyə Ərəbistanının rəqabətli çempionatında komandamıza çox kömək edəcək. Siz bunu Klublararası Dünya Çempionatında gördünüz.
Düşünürəm ki, bu, Joao Feliks üçün Portuqaliya liqasında oynamaqdan daha yaxşı seçimdir . Səudiyyə Ərəbistanındakı ulduzların sayına baxın. Bu, onun tərəfindən çox ağıllı bir qərardır.
– Onu “Əl-Nəsr”ə keçməyə inandırmağa cəhd edibsiniz?
Bu, mənim işim deyil. Siz jurnalistlər belə deyirsiniz, amma mənim işim məşq edib oynamaqdır.
Aut.az
