Dünya futbolu

2025-ci ilin klubu müəyyənləşdi

PSJ “Qızıl top” mükafatlandırma mərasimində 2025-ci ilin ən yaxşı klubu seçilib.

Aut.az xəbər verir ki, Luis Enrikenin rəhbərliyi altında parislilər ötən mövsüm Fransa çempionu olub, ölkə kuboku və superkubokunu qazanıblar. Bundan əlavə, paytaxt təmsilçisi Çempionlar Liqasının finalında Milanın “İnter”ini 5:0 hesabı ilə darmadağın edərək qələbə qazanıb. Komanda həmçinin klublararası dünya çempionatının finalına yüksəlib, lakin həlledici qarşılaşmada Londonun “Çelsi” klubuna 0:3 hesabı ilə uduzub.

Ötən il isə ən yaxşı klub adına İspaniya çempionu, ölkə superkubokunun sahibi və Çempionlar Liqasının qalibi olan “Real” layiq görülmüşdü.

Aut.az