2035-ci ildə bu barədə düşünəcəm: Pep nəyi deyir?
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasında fasilə verib-verməyəcəyi haqda sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Pep on ildən sonra bu haqda düşünəcəyini bildirib:
“2035-ci ildə mən bu barədə düşünməyə başlayacağam.
“Onilliklər ərzində eyni şeyi edəndə hər şey tamam fərqli olur. Amma bu, təbii olur. Klub, oyunçular, məşqçi – hamı bunu hiss edir.
Biz başlanğıcda olduğumuz kimi deyilik və bunun bir çox səbəbi var. Klub rəhbərliyi ilə münasibətim çox yaxındır. Bildiyiniz kimi, bir çox insan, o cümlədən mənim məşqçilər korpusumun üzvləri artıq gedib.
Hər kəsin öz seçimləri və istəkləri var. Amma hazırda mən hələ də buradayam, qarşınızdayam. Ona görə də baxarıq”.
Aut.az
