Yamal bu göstəricidə Avropanın ən yaxşısıdır: Arda Güler isə…
“Barselona”nın hücumçusu Lamin Yamal ən çox təhlükəli epizodlar və təhlükəli zərbələrə assistentlik edən futbolçuların reytinqində birinci yeri tutub.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) məlumat yayıb.
18 yaşlı vinger maksimum – 100 xal toplayaraq siyahının mütləq lideri olub. Reytinq son altı ayda futbolçuların milli çempionatlardakı çıxışlarına əsaslanıb. Təhlil zamanı təhlükəli zonalara ötürmələr və potensial qol vəziyyətləri yaradan açar paslar nəzərə alınıb.
İkinci yeri Madrid “Real”ının futbolçusu Arda Güler (98,1 xal) tutub. “İlk üçlüy”ü “Barselona”nın digər oyunçusu Rafinya Dias (95,3 xal) tamamlayıb.
Dördüncü pillədə “Liverpul”un ulduzu Məhəmməd Salah (95,2 xal), beşinci yeri isə “İnter”dən Federiko Dimarko və hazırda “Napoli”də çıxış edən Kevin De Brüyne bölüşüb (hərəsi 93,3 xal).
Aut.az
