La Liqadan “Barselona” ilə bağlı açıqlama: Qadağanı dəskləyirlər?
İspaniya La Liqası “Barselona”nın yarımmüdafiəçi Daniel Olmonu qeydiyyatdan keçirməsinə qoyulan qadağa ilə bağlı yeni açıqlama verib.
Aut.az xəbər verir ki, qurum rəsmi saytında bununla bağlı bəyanat dərc edib.
Qeyd olunub ki, İspaniya çempionatının rəhbərliyi Kataloniya məhkəməsinin “Barsa”ya Olmonu qeydiyyatdan keçirməyi qadağan edən qərarını dəstəkləyir. Bildirilir ki, La Liqa əvvəllər “Barselona” və Daniellə bağlı eyni qərarı vermişdi və bu gün bütün İspaniya klubları eyni qaydalara əməl etməlidir.
Bu mövsüm Daniel Olmo kataloniyalıların heyətində bütün yarışlarda 15 oyun keçirib, bu oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, ispan yarımmüdafiəçi ötən ilin yayında “Leypsiq”dən Kataloniya klubuna keçmişdi. “Barselona” Olmonu yalnız 2024-cü ilin sonuna qədər qeydiyyatdan keçirə bilib.
Aut.az
