Türkiyə

Ulduz futbolçu yayda “Fənərbağça”dan ayrılacaq: Səbəb bəllidir

Anderson Taliska 2026-cı ilin yayında “Fənərbağça”dan ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat verib.

Türkiyə nəhənginin rəhbərliyi braziliyalının performansından və maaş tələblərindən narazıdır.

Andersonun azad agent kimi klubdan ayrılacağı gözlənilir. Taliska bu yay “Fənərbaxça”ya keçib və 35 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Braziliyalı daha əvvəl “Benfika”, “Beşiktaş”, Çinin “Everqrand” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarında çıxış edib.

Aut.az