Bolqarıstanlı forvard Türkiyə klubunda
“Rizespor” heyətini yeni hücumçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sparta”dan (Çexiya) hücumçu Martin Minçevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Hücumçu Bolqarıstan yığmasının da üzvüdür.
