Tennis

Rusiyalı ilə ukraynalı birləşdi: ABŞ-da qalib gəldilər

Rusiyalı tennisçi Anastasiya Tixonova ukraynalı Valeriya Straxova ilə birlikdə ABŞ-ın Edmond şəhərində keçirilən Beynəlxalq Tennis Federasiyasının (ITF) World Tour 100 turnirinin qalibi olub.

Aut.az xəbər verir ki, finalda rusiyalı və ukraynalı cütlük avstraliyalı Oliviya Qadeçki və polşalı Oliviya Linserlə qarşılaşıb. Qarşılaşma 6-3, 6-7 (2-7), 1-0 (10-8) hesabı ilə Tixonova və Straxovanın xeyrinə başa çatıb.

30 yaşlı Straxova Qadın Tennis Assosiasiyasının (WTA) təklər reytinqində 329-cu pillədə qərarlaşıb. 24 yaşlı Tixonova 335-ci yerdədir.

Aut.az