Dünya futbolu

Mən Ronaldo deyiləm, qardaş: Mahrez nəyi nəzərdə tutur?

“Əl Əhli”nin 34 yaşlı cinah oyunçusu Riyad Mahrez DÇ-2026-dan sonra karyerasını millidə davam etdirib-etdirməyəcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, Mahrez “2030-cu ildə keçiriləcək dünya çempionatına gedəcəksənmi” sualına belə cavab verib:

“Xeyr, mən Ronaldo deyiləm, qardaş! Bu, mənim son dünya çempionatım olacaq”, – RMC Sport əlcəzairli futbolçunun sözlərini sitat gətirib.

Əlcəzairli bu mövsüm “Əl-Əhli”nin heyətində bütün turnirlərdə 10 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Mahrezin Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Aut.az