Dünya futbolu

Futbolun daha bir ulduzu karyerasını bitirdi

“Şaxtyor Donetsk”, “Mançester Siti” və Braziliya millisinin sabiq futbolçusu Fernandinyo 40 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

“Bir gün əvvəl “Bola pra Frente, Rio Bonito do İquaçu” adlı xeyriyyə matçı keçirildi və oyundan sonra Fernandinyo daha peşəkar səviyyədə oynamaq istəmədiyini açıqladı.

Təcrübəli futbolçunun sözlərinə görə, o, fiziki cəhətdən çox yorulub və motivasiyasını itirib”, – məlumatda deyilir.

“Mən bacardığım hər şeyə nail oldum. İndi ailəmlə vaxt keçirməyin vaxtıdır”, – feyə Fernandinyo bildirib.

Görkəmli futbolçu karyerası ərzində yalnız üç klubda – “Mançester Siti”, “Şaxtyor” və “Atletiko Paranaense”də çıxış edib.

Klub səviyyəsində yarımmüdafiəçi bütün mümkün kubokları, o cümlədən “Siti” ilə Çempionlar Liqasını və “Şaxtyor”la UEFA kubokunu qazanıb.

Ümumilikdə Fernandinyo karyerası ərzində 865 oyun keçirib, 108 qol vurub, 109 məhsuldar ötürmə edib və dövrünün ən yaxşı dayaq yarımmüdafiəçilərindən biri hesab olunub.

Aut.az