Mbappe fikrini dəyişdi
PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı qərar verib.
Aut.az xəbər veirr ki, bu barədə “The Times” məlumat yayıb. 24 yaşlı hücumçu Paris təmsilçisinin prezidenti Nasser Əl-Xəlaifi ilə görüşüb. Mbappe ilə müqavilənin uzadılması ilə bağlı şifahi razılıq əldə olunub.
Klub və oyunçu ya hazırkı sözləşməni bir illk uzadacaq, ya da “zəmanətli satış bəndi” daxil olmaqla, çoxillik müqavilə bağlayacaq.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Onun bu yay klubdan ayrılacağı iddia olunurdu.
