Azərbaycan futbolu

Araz Abdullayevin yeni komandası rəsmən açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev yeni klubu müəyyənləşib.

Aut.az xəbər verir ki, 31 yaşlı vinger yenidən legioner həyatı yaşayacaq. Futbolçu Albaniyanın “Lapi” klubuna transfer olunub.  Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev son olaraq “Sumqayıt”da çıxış edib. “Kimyaçılar” mövsümün gedişində futbolçu ilə müqaviləyə xitam verib. Futbolçu bundan sonra təqribən 9 ay klubsuz qalıb.