Formula 1

Siyasi səbəblərə görə: 2018-ci ildə F1-dən niyə ayrıldığını açıqladı

“Haas” komandasının sürücüsü Esteban Okon 2018-ci ildə Formula 1-i tərk etməsinin təfərrüatlarını açıqlayıb.

Aut.az xəbər verir ki, Okonun sözlərini “Sinxua” sitat gətirib:

“Pis nəticələrə görə yox, müxtəlif siyasi səbəblərə görə, Formula1-dən ayrıldım. Bu, mənim, ətrafım və ailəm üçün dəhşətli hadisə idi. Mənim üçün çox çətin idi. Masada təkliflər var idi. Amma rəhbərliklə komandalar arasında anlaşılmazlıq üzündən hər şey plana uyğun getmədi. Çox məyus oldum.

“Mercedes”də işləmək sizi daha güclü sürücü edir. Nəyə diqqət etməli olduğunuzu və müəyyən aspektlərin nə qədər vacib olduğunu başa düşürsünüz. Dominant olan bir komandada işləmək mənə gələcəkdə ehtiyac duyacağım çox şeyi anlamağa imkan verdi. İki gün yatmadım, çünki simulyatorda işləyirdim və sonra brifinqlərdə iştirak edirdim. Bacardığım qədər çalışdım. Komandalar bunu gördülər və mən geri qayıda bildim”.

Aut.az